8159d3fa-380b-4698-bb83-3efcd7ee3b1b..jpg

Musiqi Forumunun ikinci günü başlayıb

Baxış sayı: 435 dəfə baxılıb.

Musiqi Forumunun ikinci günü başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun ikinci günü başlayıb.

“Report” xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası,
Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.

Forumun ikinci günündə musiqi sənayesinin ekosisteminin formalaşması, daxili
bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni
kommersiyalaşma üsulları və bu kimi digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 29-da “Gülüstan” Sarayında tədbirin açılış mərasimi
keçirilib. Forum oktyabrın 31-də başa çatacaq.

Source link