359784f8-6cad-4fa4-8780-81e01914b398..jpg

Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI

Baxış sayı: 522 dəfə baxılıb.

Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
AÇIQLANDI

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri
açıqlanıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin 5-12 sentyabr tarixlərində Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş uşaq musiqi, incəsənət, rəssamlıq,
muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin
müsahibə mərhələsinin nəticələri elan olunub.

Müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan
edilən vakant vəzifələrə qeydiyyatdan keçən 488 namizəddən 456-sı imtahanda
iştirak etmiş, onlardan 246 nəfər tələb olunan keçid balını toplamış, 147
nəfərin uyğun hesab edildikləri vəzifələrə təyinatları ilə bağlı qərar qəbul
edilmişdir. 99 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib.

Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər
şikayətlərinə baxılması məqsədilə 25 sentyabr 2023-cü il saat 17:00-dək[email
protected] elektron poçt ünvanı vasitəsilə Nazirliyin
Apellyasiya Şurasına müraciət edə bilərlər.

Müsahibənin nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://bit.ly/46ng9Ft

Qeyd: Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə
müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər
iddia etdikləri müvafiq vəzifələrə təyin olunmaları məqsədilə 30 sentyabr
2023-cü il tarixinədək uyğun hesab edildikləri məktəblərə yaxınlaşaraq
qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək namizədin müvafiq vəzifəyə
yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Source link