Musiqi notları necə kəşf edildi? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Musiqinin dili notlardır. Bu dildə başa düşən insanlar, yəni musiqiçilər hansı
notun nəyi ifadə etməsini yaxşı anlayırlar. Notların peyda olması isə çox
maraqlı hekayədir.
Məsələ burasındadır ki, bizə tanış olan notlar 11-ci əsrdə meydana gəlib.
Bu o deməkdir ki, əvvəllər, ümumiyyətlə, musiqi qeydləri yox idi. Avropa
musiqisində səsləri hərflərlə qeyd edirdilər. Bu hərflər musiqini tam olaraq
ehtiva edə bilmirdi. Sonralar xorda olan müğənnilər musiqini “neoms” adlanan
simvollarla yazmağa üstünlük vedilər.
Amma bu üsul da musiqini tam və aydın şəkildə aça bilmirdi. Böyük kəşfi Qvido
Aretso kimi tanınan rahib edib. O, səsləri bildirmək üçün xətlərdən istifadə
edib.
Ətraflı Baku TV-nin süjetində: