8b03be66-d84b-49a1-bb3f-72aa1cf001e7..jpg

Müslüm Maqomayevin “Baharlı yurdum – Azərbaycan” mahnısı “Nevski solovey” müsabiqəsinin qalibi olub

Baxış sayı: 545 dəfə baxılıb.

Müslüm Maqomayevin “Baharlı yurdum – Azərbaycan” mahnısı “Nevski solovey”
müsabiqəsinin qalibi olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nevski solovey” ümum-Rusiya uşaq vətənpərvərlik mahnı müsabiqəsində Müslüm
Maqomayevin “Baharlı yurdum – Azərbaycan” mahnısı Teymur Kazımovun ifasında
1-ci yerə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
musiqi məktəbi-studiyasının məzunu, hazırda isə Sankt-Peterburq Dövlət
Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov
qələbəsini Vətən müharibəsində Zəfərin üçüncü ildönümünə həsr edib.

O, müsabiqənin yekun qala-konsertində iştirak edib.

Müsabiqədə 6-18 yaş arası 118 istedadlı uşaq və yeniyetmə iştirak edib. Tədbir
Sankt-Peterburq Beynəlxalq İncəsənətə Dəstək Mərkəzi tərəfindən təşkil edilib.
Müsabiqənin əsas məqsədi uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərinin
inkişafı, onların musiqi mədəniyyəti səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik
və mənəvi potensialının inkişafı, uşaq və yeniyetmələrin yaradıcılıq
qabiliyyətlərinin reallaşması üçün imkanın təqdim edilməsi olub.

Müsabiqənin münsiflər heyətinin üzvləri Əməkdar mədəniyyət xadimi, professor,
incəsənət doktoru, G.R.Derjavin adına Rus Ədəbiyyatı və İncəsənət
Akademiyasının akademiki Yuri Qonçarov, Fontanka Dövlət Sankt-Peterburq Gənclər
Teatrının aktrisası Aleksandra Brajnikova, Mariinski Teatrının solisti Larisa
Yudinadır.

Source link