4b94ff72-abfd-4dee-8c99-2fe425e2d6d8..jpg

Müstəqil sığorta ekspertlərinin NƏZƏRİNƏ: Minimum tələblər təsdiqləndi

Baxış sayı: 553 dəfə baxılıb.

Müstəqil sığorta ekspertlərinin NƏZƏRİNƏ: Minimum tələblər təsdiqləndi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin
həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair
tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə
bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair
tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər
müəyyənləşib.

Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək.
Həm fiziki, həm də hüquqi şəxs müstəqil ekspertlərin hesabatları rüb başa
çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim
olunacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi
tapşırılıb.

Source link