MÜSTƏQİLLİK ƏN DƏYƏRLİ QƏLƏBƏMİZDİR!

MÜSTƏQİLLİK ƏN DƏYƏRLİ QƏLƏBƏMİZDİR!

Baxış sayı: 2. 800 dəfə baxılıb.

Hamıya yaxşı məlumdur ki, hörmətli cənab  Prezidentimiz cənab İlham Əliyev 2018- ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ” ili kimi elan edib. Bu tarixi hadisə Azərbaycan xalqı tərəfindən fərəh və rəğbətlə qarşılanır. Şərq ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Demokratik Respublikasının qurulması əlamətdar ,uğurlu və fəxarətli bir hadisədir.

1918- ci il mayın 28- də müsəlman Şərqində yaradılmış və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin olduqca böyük tarixi əhəmiyyəti vardı.Ölkəmizin qədim və zəngin dövlətçilik ənənələrinin , çoxəsrlilik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının,xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış,xalqımızın öz müqqədaratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirərək respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratmışdır. 1918 -ci illər xalqımızın tarixinin ən parlaq səhifələrindən biridir. Cümhuriyyətin qurucuları olduqca gərgin ictimai-siyasi şəraitdə Azərbaycan müstəqilliyin elan etmiş və 23 aylıq qısa bir müddətdə bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirərək Azərbaycanı müstəqilliyi üçün dövlətçilik ənənəsi formalaşdırmışlar.MÜSTƏQİLLİK ƏN DƏYƏRLİ QƏLƏBƏMİZDİR!

1993- cü ildə xalqımızın təkidli tələbi ilə H.Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqiliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkəmizin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilmiş, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunmuşdur.Cənab Prezident İ.Əliyevin 2018- ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etməsi və “bu gün cümhuriyyətin qurucuları Azərbaycanı görsələr fəxr edərlər. Bizədə cümhuriyyətin qurucuları ilə fəxr edirik ” kəlamları xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir.

Ulu öndərimiz Heydər Əliyevin sayəsində 1991- ci ilin fevral ayında üçrəngli, ay ulduzlu bayraq müstəqil respublikamızın dövlət atributlarından biri kimi qəbul olumdu.1918- ci ildə Xalq Cümhuriyyətinin yarandığı gün, yəni 28 may Azərbaycan dövlətçiliyinin bərpası günü, Respublika günü kimi elan edildi.

Hal-hazırda ölkəmiz dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.Müstəqillikdən başlayan bu inkişafın təməlini qoyan və Azərbaycan xalqı qarşısındakı xidmətləri heç vaxt unudulmayan həmişə yaşar liderimiz Heydər Əliyevin təbirincə desək “Azərbaycan dövlətinin müstəqiliyyi əbədidir.

Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyini, ölkəmizin çoxəsrlilik tarixini ən şərəfli və parlaq səhifələrindən biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edilməklə, xalqımızın müasir Azərbaycan dövlətini müstəqilliyini və suverenliyini bütün atributlarına sahib olmasına və onun qorunub saxlanılmasının, etibarlı əllərdə olmasından qürur hissi duyaraq ışıqlı gələcəyinə tam inamla və ümidlə baxırıq.

Bu əlamətdar gün münasibət ilə başda cənab Prezident İlham Əliyev olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm can sağlığı,xoşbəxtlik və əmin-amanlıq arzulayıram.                                                         Ramiz Zeynalov                             General-mayor,                                 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin  BDYPİ-nin rəisi