529ce8d6-063b-4cd8-af06-27a0150861ef..jpg

Müstəqillik tariximizin yeni səhifəsi – “Kaspi”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 428 dəfə baxılıb.

Müstəqillik tariximizin yeni səhifəsi – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq yenilənən, qalib ölkənin vətəndaşlarıyıq. Azərbaycan erməni
separatizminin kökünü birdəfəlik kəsdi. Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və
Xocavənddə dövlət bayrağımız dalğalanır. Paralel olaraq, Azərbaycan işğaldan
azad edilən yaşayış məntəqələrinin sürətli məskunlaşmasını həyata keçirir.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Uzun illərdən sonra köksümüzdə, yaddaşımızda dərin yaralar buraxan separatizm
bəlasının məskəninə çevrilmiş Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd
rayonlarında dövlət bayrağımız dalğalanır. Prezidentİlham Əliyevin bu rayonlara
səfəri zamanı müqəddəs bayrağımızı dalğalandırması sanki əvvəlkilərdən tam
fərqli idi. Bu səfər müstəqil dövlətçilik tariximizdə bütöv bir səhifənin
bağlanışı, hesabatı, yeni səhifələrin açıldığının xəbərçisi idi. Xankəndidə
dövlət bayrağımız qaldırılmaqla bir səhifə bağlanıldı, dövlət başçısının Füzuli
səfəri ilə isə yeni bir səhifə açıldı.

Xankəndidə dalğalanan Azərbaycan bayrağı

Bəlkə də çoxlarımız yaşadığımız bu tarixi günlərin mahiyyətini lazımınca dərk
edə bilmirik. Xankəndidə dövlət bayrağını qürurla qaldıran Prezident İlham
Əliyevin də dediyi kimi, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün
Azərbaycan xalqı “Allaha şükür” deyir.
Bu qüruru, sevinci bizlərə yaşadan, qalib Azərbaycanın memarı müzəffər Ali
Baş Komandan İlham Əliyevdir. 20 il ərzində həyata keçirilən siyasətin yalnız
bir amalı, məqsədi vardı – işğal faktına son qoyaraq suverenliyimizin tam
bərpası. Bu prioritet Xankəndi səfərində prezident tərəfindən bir daha xüsusi
vurğulandı:

“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək
prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma
müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin
milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam.
Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il
ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu
günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki,
bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə
yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan
Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün
şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru
gedirdik”.

Göründüyü kimi, bu gün qalib sərkərdə vaxtilə xalqımıza qarşı etnik təmizləmə
siyasətinin başladığı meydanda dalğalanan Azərbaycan bayrağının kölgəsində
xalqı qarşısında qürurla, alnıaçıq şəkildə səmimi duyğuları ilə hesabat verir.

Bu Qələbə bizim tariximizdə əbədi olacaq

Dövlət başçısının da vurğuladığı kimi, bu tarixi biz yaşamışıq, bu tarixi biz
yaratmışıq: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri
olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi
olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr
edəcəklər”.

Artıq suveren ərazilərimizdə separatçılar yoxdur, minlərlə soydaşımızı qətlə
yetirən, soyqırımına məruz qoyan qanunsuz hərbi birləşmələr, terrorçular mövcud
deyil. İndi Vətən torpağının hər qarışında qalib Azərbaycan ordusunun əsgərləri
xidmət edirlər. Biz müstəqillik tariximizin ən ağrılı, acılı bir səhifəsini
bağladıq.

Yeni hədəflər, məqsədlər

İndi üfüqdə yeni hədəflər, məqsədlər var. Bu hədəfləri yenə də Ali Baş
Komandan açıqlayır. Bu dəfə illərlə yurd həsrəti çəkməsinə baxmayaraq, böyük
sevinc hissi ilə doğma torpaqlarına qayıdan füzulililərlə görüşündə…

Bəli, Azərbaycan bu gün qurur, yaradır, yaşadır. 30 illik işğalın dərin
yaralarını sağaldır. Biz bunu işğaldan azad şəhərlərimizin, kəndlərimizin
timsalında görürük. Laçının, Şuşanın, Kəlbəcərin, Ağdamın… İndi isə
Füzulinin. Dövlət olaraq burada ilk milli şəhərsalma layihəsini icra edirik.
Füzuli tamamilə yenidən qurulur. Bu yenilik həm də Azərbaycanın gələcək
simasının əksidir. Prezidentin də qeyd etdiyi kimi, bizim bütün şəhərlərimiz
Füzuli kimi olacaq. Bu torpaqlarda həyat qaynayacaq. Müəyyən müddətdən sonra
Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. “Böyük
Qayıdış” proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22
min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi
Zəngəzurda 140 min insan yaşayacaq. Bu, ən minimal göstəricidir.

“Biz onların ruhu qarşısında baş əyirik”

Bütün bunların fonunda bir həqiqət isə heç bir zaman dəyişməyəcək. Biz xalq
olaraq bu tarixi günləri şəhidlərimizə, torpaqlarımızın azadlığı uğrunda
canından, qanından keçən vətən övladlarına borcluyuq. Onlar “Torpaq uğrunda
ölən varsa, Vətəndir” deyərək bu yolda şəhid oldular. Bu gün qalib ordunun Ali
Baş Komandanı müqəddəs amal uğrunda canlarından keçən qəhrəmanlar haqqında
kövrələrək danışır:

“Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki,
heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də.
Hamımız göz yaşları tökmüşük və tökürük. Bu gün burada olmağımızın əsas
səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil
yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də
gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında
baş əyirik”.

Artıq yenilənən, qalib ölkənin vətəndaşlarıyıq. Son 100 ildə xalqımızın
üzləşdiyi bəlaya son qoyuldu. Prezident İlham Əliyevin də Xankəndidə
vurğuladığı kimi, “Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq
və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Source link