06c40db8-8950-43d3-9473-9331f63086a9..jpg

Mustafa Abbasbəyli: “Lazımi kadrlar tapılmır”

Baxış sayı: 407 dəfə baxılıb.

Mustafa Abbasbəyli: “Lazımi kadrlar tapılmır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda lazımi kadrların tapılmaması hallarına rast gəlinir.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli
bu gün Bakıda keçirilən 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları
Sərgisində bildirib.

“Əsas məşğulluq tədbirimiz peşə hazırlığıdır. Bu məsələdə də əsas prioritet
istiqamətlərindən məhz istehsalla məşğul olan sahibkarlarımızın tələbələrinə
cavab verən peşə sahiblərinin hazırlanmasıdır. Bu ilin 10 ayında 9 235 nəfər
peşə hazırlığı keçib”, – deyə o qeyd edib.

M.Abbasbəylinin sözlərinə görə, agentlik gələn il işəgötürənlərlə əməkdaşlığı
daha da genişləndirəcək.

1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi Bakı İdman Sarayında
işə başlayıb. Sərginin əsas məqsədi yerli məhsulların geniş istehlakçı
auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə
alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması
və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın
genişləndirilməsidir.

Source link