Mustafa Ceceli arvadını İntizarla sevgili olduğu üçün boşayıb

Mustafa Ceceli arvadını İntizarla sevgili olduğu üçün boşayıb

Baxış sayı: 2. 778 dəfə baxılıb.

Türkiyəli məşhur ifaçı Mustafa Ceceli və həyat yoldaşı Sinem Gedikin boşanma xəbəri maqazin dünyasında ən çox müzakirə olunan xəbər idi.

Boşanandan qısa müddət sonra isə Cecelinin Selin İmerle sevgi münasibətinin ortaya çıxması Mustafanın başqa qadına görə ailəsini dağıtdığı iddiasını gücləndirmiş, Ceceli dərin təzyiqlərə və tənqidlərə məruz qalmışdı.

ÇıxışYolu.Com xəbər verir ki, ancaq “Posta” qəzeti məhkəmə prosesi ilə bağlı bir neçə məlumatı verərək, yaşanan olayın tam əksi olduğunu yazıb.

Bildirilir ki, Mustafa Ceceli həyat yoldaşının onu aldatmasından sonra boşanma qərarı alıb. Üstəlik Sinem Mustafanı həmcinsi ilə aldadıb. 

Belə ki, Cecelinin məhkəməyə təqdim etdiyi ifadələrə ona mail vasitəsilə “Arvadın müğənni İntizarla eşq yaşayır” mesajının gəldiyini deyib. Məktubda yazılanlara inanmayan Mustafaya daha sonra onların sevgi münasibətini əks etdirən fotolar və videolar göndərilib. Mustafa isə əlindəki faktları təqdim edərək, eks-arvadı Sinem Gedikin analıqdan məhrum edilməsini istəyib.

Bundan başqa Sinem Gedikin İntizarla sevgi münasibətinin olması türk maqazin aləmində də müzakirə olunurmuş. Məhkəmədən sızan bilgilər isə bütün iddiaları təsdiq edib.

Bu gen İntizarın işlədiyi “Poll Production” musiqi şirkətinin rəhbəri Polat Yağcı isə müğənni ilə bağlı çıxan xəbərləri rəhbər tutaraq onunla yollarını ayırdığını deyib.

.
www.ÇıxışYolu.Com