c5244f66-3bb9-47f4-b50c-6467772b0c24..jpg

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi – VİDEO

Baxış sayı: 727 dəfə baxılıb.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib.

Bu barədə “Xəzər axşamı” verilişində məlumat verilib.

Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış
anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya
gəliblər və Ceceli bunları söyləyib:

“Sən o zaman bizim yanımıza gəlməyi qəbul etmədin. Əgər qəbul etsəydin, orada
üzr istəyəcəkdim. Amma indi gəldiyin üçün təşəkkür edirəm. Səndən üzr
istəyirəm. O an ola bilər ki, mən elə bildim siz pis bir şey deyirsiniz.
Halbuki pis bir şey deməmisiniz. Mən elə eşitdim. Ona görə də belə olduğu üçün
səndən üzr istəyirəm. Biz qardaşıq. Mən 10 ildən çoxdur, buraya gəlirəm.
İzləyicilərimiz də bilir ki, mən kiməsə pis söz demərəm. Elə anlaşıldı. Bu günə
qismət imiş”.

Ətraflı videoda:


Source link