82795716-6f86-428c-83b6-aaaf74b3c46a..jpg

“Mustafa Kamal Atatürk – 2023” birgə təliminin növbəti tapşırıqları məşq etdirilib – VİDEO

Baxış sayı: 427 dəfə baxılıb.

“Mustafa Kamal Atatürk – 2023” birgə təliminin növbəti tapşırıqları məşq
etdirilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi ərəfəsində Azərbaycan
Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin komando bölmələri xüsusi
tapşırıqların icrasını məşq ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Plana uyğun olaraq əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti
düşmənin diversiya qrupunun yaşayış məntəqələrində yerləşən müvəqqəti
sığınacaqlarının müəyyən edilməsi və mühasirəyə alınaraq zərərsizləşdirilməsi
üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr
olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan
Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla, bir neçə
istiqamətdə keçiriləcək.


Source link