“Mustafa Kamal Atatürk – 2023”: “Yüksək səviyyəli müşahidəçi günü”ndə qonaqlar
təltif ediliblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli
müşahidəçi günü” davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə
naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo,
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan
Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun
Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif
olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun
əmri oxunub.
Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.