05335e96-dc94-42b0-8505-b471c9ced2f7..jpg

Muxtar Babayev: “Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir” – FOTO

Baxış sayı: 626 dəfə baxılıb.

Muxtar Babayev: “Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri
Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Kofransının 28-ci Sessiyasında çıxışı zamanı deyib.

“Sevindiricidir ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi
ilə bağlı qrup daxilində ümumi konsensus var. Biz bütün ölkələrə, xüsusən də
Şərqi Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb Əmirliklərinə göstərdikləri
dəstəyə görə minnətdarıq. Biz COP29-un uğurunu təmin etmək üçün hər kəslə
əməkdaşlıq çərçivəsində inklüziv işləyəcəyik. Qoy COP28 bizi hamı üçün daha
davamlı və təhlükəsiz gələcəyə aparsın”, – nazir bildirib.

M.Babayev vurğulayıb ki, Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir
və iqlimə təsirlərin azaldılması üzrə fəaliyyətlərdə fəal iştirak edir: “Bu
fəaliyyətlərə ümumi elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji
mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılaraq 2030-cu ilə qədər 30%-ə
çatdırmağı hədəfləyirik. Biz həmçinin enerji səmərəliliyinin artırılması, aşağı
emissiyalı nəqliyyata keçid, şəhər nəqliyyatında innovativ həllər, sənayedə
aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, tullantıların idarə edilməsinin
təkmilləşdirilməsi və meşələrimizin artırılması üzrə tədbirlər həyata
keçiririk”.

“Qeyd etmək istərdim ki, biz hazırda azad edilmiş ərazilərdə münaqişə sonrası
genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işlərini həyata keçiririk.
Bu fəaliyyətlər iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin
“ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. “Yaşıl enerji” zonasının
yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat,
ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar
sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər
“Karbon Neytral” zonasına çevirmək əzmindəyik”, – nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar
atmaqdadır:

“Emissiyaların atılmasında tarixi məsuliyyəti və iqlim dəyişikliyinə qarşı
mübarizədə ölkələrin müxtəlif imkanlarını nəzərə alaraq, fəaliyyətlərimizin
əsasını təşkil etməli olan ümumi, lakin fərqli məsuliyyət prinsipini
dəstəkləyirik. Həmçinin, iqlim fəaliyyətin sürətləndirilməsi üçün vacib olan
adekvat maliyyə dəstəyinin və texnologiya transferinin vacibliyini
vurğulayırıq”.

Source link