c504e384-8743-4693-a575-34d829d00de7.jpg

Muxtar Babayev: “COP29-a hazırlıq çərçivəsində bəzi işlər tamamlanıb”

Baxış sayı: 182 dəfə baxılıb.

“Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində bəzi
işlər tamamlanıb, qalan işlərin başa çatması üçün proses davam edir”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un
müəyyən olunmuş prezidenti Muxtar Babayev “Uniformaların paylanması və
akkreditasiya mərkəzi”nin (UDAC) açılış mərasimində deyib.

Onun sözlərinə görə, tədbir məkanının tam hazır vəziyyətə gətirilməsi üçün də
hazırda işlər davam etdirilir.

Source link