Muxtar Babayev: “COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük
önəm kəsb edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər
Konfransının 29-cu sessiyası yoxsul ölkələrə yardımın planlaşdırılması üçün
böyük önəm kəsb edir”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri, COP29-un prezidenti Muxtar Babayev “Associated Press” agentliyinə
müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakı zəngin ölkələrin istiləşməyə daha az töhfə verən,
lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən yoxsul ölkələrə necə maliyyə
yardımı göstərilə biləcəyi ilə bağlı ortaq nöqtələrin tapılacağı yerdir:
“Bakı konfransı mədən yanacaqlarından imtinaya dair ötənilki uğurlu
razılaşmaya əsaslanmalıdır. Bu payız toplantısı ölkələrə 2025-ci ildə istixana
qazı emissiyalarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün birləşməyə
kömək etməlidir. Biz Bakıya inkişaf etməkdə olan və inkişaf etmiş dünya
arasında körpü kimi baxırıq”.