Muxtar Babayev G7-nin İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında
iştirak edir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər
Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev G7-nin
İtaliyanın Turin şəhərində keçirilən İqlim, Enerji və Ətraf Mühit Nazirlər
Toplantısında iştirak edir.
Cixisyolu.com xəbər verir ki, bu barədə COP29-un sosial media hesabında məlumat
yayılıb.
“COP29 Turində G7-nin İqlim, Enerji və Ətraf Mühit üzrə Nazirlər Toplantısında
iştirak edir”, – məlumatda bildirilib.
COP29-un yaydığı şəkillərə əsasən, Muxtar Babayev tədbirdə çıxış edib,
italiyalı həmkarı Cilberto Piketto-Fratinlə görüşüb.