4889e371-4037-4da1-9012-bf1cebe4d4f8..jpg

Müzəffər Ağakərimov: “Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə Qafqazda birinci olacaq”

Baxış sayı: 516 dəfə baxılıb.

Müzəffər Ağakərimov: “Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə Qafqazda
birinci olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda 2000-ci illərin əvvəlinə qədər beş-on turizm şirkəti, 250-yə
yaxın hotel fəaliyyət göstərirdi. Son 20 ildə isə ölkədə fəaliyyət göstərən
hotellərin sayı 800-ə çatıb”.

Cixisyolu.com-ın məlumatına görə, bunu Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov “Turizm
sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda
çıxışı zamanı bildirib.

O qeyd edib ki, pandemiyadan əvvəl 4 000-ə qədər turizm şirkəti var idisə,
indi onların sayı 2 500-ə qədərdir:

“Hazırda Bakı və regionlarda dünyanın bütün brend hotelləri fəaliyyət
göstərir. 1994-cu ildə “Əsrin müqaviləsi” imzalanandan sonra turistlər
Azərbaycanın cəlbedici ölkə olduğunu anladılar. Həmin brend hotellər 2000-ci
illərdən sonra fəaliyyətə başladılar”.

O qeyd edib ki, Azərbaycan Qoşulmama hərəkatının üzvüdür və bu, vacib
məqamdır. Azərbaycanda turizm sahəsi möhkəm idi. Koronavirus pandemiyası ona
ziyan vursa da, yıxa bilmədi. Hesab edirəm ki, Azərbaycan yaxın gələcəkdə
turizm sahəsi üzrə Qafqazda birinci olacaq”.

İlhamə Əbülfət

Source link