d05cadbc-cab5-46a3-bcf7-4380f0225c63..jpg

Muzdla çalışan işçilərin əməkhaqlarındakı artım AÇIQLANDI

Baxış sayı: 577 dəfə baxılıb.

Muzdla çalışan işçilərin əməkhaqlarındakı artım AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan
işçilərin sayı ilkin məlumatlara əsasən 1 741,8 min nəfər olmuş, onlardan 899,1
min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət
sektorunda fəaliyyət göstərib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət,
nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və
sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət
idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar
təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta
fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2023-cü ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan
işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artaraq
933,8 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə,
elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta
aylıq nominal əməkhaqqı daha yüksək olub.

Source link