a1d5264c-dcd3-44c4-b84c-0b46d773e43e..jpg

Muzeydə toy fotosessiyası neçəyə başa gəlir? – QİYMƏTLƏR

Baxış sayı: 839 dəfə baxılıb.

Muzeydə toy fotosessiyası neçəyə başa gəlir? – QİYMƏTLƏR

Son dövrlərdə küçədə, parkda, dəniz kənarında toy fotosessiyası etdirən
cütlükləri görmək adi hal alıb.

Ancaq muzeylərdə də gəlin-bəy fotosessiyası etdirməyin mümkün olduğunu
bilirdinizmi?

Azərbaycanda yeni olan bu təcrübə əvvəlcə muzeyşünaslar tərəfindən birmənalı
qəbul olunmasa da, son vaxtlar ekspoziyanın qapılarını toy fotoqraflarının
üzünə açan muzeylərimizin sayı artmaqdadır. Qeyd edək ki, bu icazə bütün
muzeylərə şamil olunmur.

Cixisyolu.com bu məqsədlə ən çox müraciət olunan həmin muzeylərin toy fotosessiya
qiymətlərini təqdim edir:

Milli Azərbaycan Tarixi Muzeyində toy fotosessiyasının qiyməti bir saatı 300
manatdır.

Ölkənin ən nüfuzlu muzeylərindən hesab olunan Azərbaycan Milli Xalça Muzeyində
bu təcrübə yenidir və fotosessiyanın qiyməti 1 saatı 150 manatdır.

Milli İncəsənət Muzeyində qiymətlər Xalça Muzeyində olduğu kimi bir saatı 150
manatdır. Qeyd edək ki, İncəsənət Muzeyinə cütlüklər daha çox üz tutur. Bu da
muzeyin ekspozisiyasının çəkiliş üçün daha münasib olması və rəsm əsərlərinin
çoxluğu ilə bağlıdır.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğundan verilən məlumata görə, qoruq
ərazisindəki muzeydə gəlin-bəy fotosessiyasının bir saatlıq qiyməti 300
manatdır.

Son dövrlərdə daha da məşhurlaşan “Suraxanı” gəmi-muzeyindən saytımıza
bildiriblər ki, muzeydə toy fotosessiyası mümkündür, ancaq qiymət vaxta görə
dəyişə bilir. Fotosessiya üçün isə təxminən 7-10 gün əvvəldən müraciət etmək
lazımdır.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun Muzeyində isə konkret vaxt limiti
yoxdur. Gəlin və bəy özləri üçün şəkil çəkdirmək istəyirlərsə, 25 manat
ödəməkləri kifayətdir. Əgər çəkiliş reklam xarakterlidirsə, qiymətlər 300-500
manat arasında dəyişir.

Aytac Qasımova

Source link