Myanmada müsəlmanların qırğını davam edir

Myanmada müsəlmanların qırğını davam edir

Baxış sayı: 2. 527 dəfə baxılıb.

Myanma hökuməti Arakan bölgəsində Rohinca müsəlmanlarına qarşı etnik təmizləmə siyasətini dayandırmayıb.

ÇıxışYolu.Com BBC-ə istinadən xəbər verir ki, bu bəyanatı  BMT-nin İnsan Haqqları üzrə rəsmi nümayəndəsi Endrü Qilmor səsləndirib.

BMT rəsmisinin sözlərinə görə, Rakxayn ştatında hərbiçilər tərəfindən repressiyaların başladığı tarixdən bəri, 6 ay ərzində “Rohinca müsəlmanlarına qarşı terror və məcburi ac saxlama” siyasəti yürüdülüb.

Xatırladaq ki, Arakanda etnik-dini zəminli münaqişənin alovlanmasından sonra 700 minə yaxın Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb.

Qaçqınların böyük əksəriyyəti kütləvi qətliamlar, zorlama halları, kəndlərin yandırılmasının şahidi olub. Törədilən hərbi cinayətlərdə Myanmalı hərbiçilərə radikal buddistlər də kömək olub.

.
www.ÇıxışYolu.Com