Dünya tarixinin ən iri almaz daşlarından sayılan “Lesoto əfsanəsi” nə az, nə çox düz 40 milyon dollara satılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Gem Diamonds Ltd.” məlumat yayıb.
“Müstəsna keyfiyyətə malik 910 karat çəkidə olan almaz Antverpendə 40 milyon dollara satılıb. Hərrac 12 mart 2018-ci il tarixində keçirilib” deyə Britaniyanın iri zərgərlik şirkətinin yazılı məlumatında qeyd olunur.
Sözügedən almaz Lesoto krallığının Letsenq mədənindən çıxarılıb. “Lesoto əfsanəsi” son 200 il ərzində hasil olunmuş beşinci ən böyük qiymətli daşdır.
Mineral ikinci almaz tipinə aiddir. Tərkibində azot qatqısı yoxdur və dünyanın ən qiymətli daşlarından hesab olunur.