Malta bayrağı ilə Bosfor boğazında hərəkət edən “Vitaspirit” tankeri İstanbuldakı qədim villalardan birinə çırpılıb.
ÇıxışYolu.Com CNN Turk-ə istinadla xəbər verir ki, qəza Sultan Fatih Mehmet körpüsü ətrafında baş verib.
İlkin ehtimala görə, qəzaya səbəb tankerin sükanının kilidlənməsi olub. Hadisə yerinə sahil mühafizə xidməti gəlib, tankeri binadan ayırıblar.
Qəza zamanı xəsarət alan olmayıb. Lakin 18-ci əsrə aid tarixi binaya ciddi ziyan dəyib.