Məşhur “Taxtların oyunları” teleserialının yaradıcıları Devid Benioff və Deniel Brett Vayss HBO-nu tərk edə bilərlər.
Bu barədə “Gazeta.ru” “The Hollywood Reporter”ə istinadla xəbər verir.
Bildirilir ki, məşhur müəlliflər belə bir qərara rekord 200 milyon dollarlıq müqavilə imzalamağa hazırlaşdıqları üçün gəliblər.
Qeyd edilir ki, Benioff və Brett uğrunda “Amazon”, “Netflix” və “Disney” kimi nəhəng studiyalar mübarizə aparacaq.
Əldə edilən məlumata əsasən, serialın müəllifləri artıq “Amazon” studiyası tərəfindən təklif alıblar. Belə ki, studiya onlara “Üzüklərin sahibi” serialını çəkməyi həvalə etmək istəyir. “Disney” isə “FX” kanalını onların idarəsinə verməyi düşünür.