d57ec265-4bad-409b-9824-31642249efa7..jpg

Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da təsir edəcəkmi? – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 829 dəfə baxılıb.

Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da
təsir edəcəkmi? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çindən Aralıq dənizinə konteyner göndərilməsinin dəyəri 44 faiz artıb. Bu
artım isə Şərq ölkələrindən Avropaya gələn məhsulların bahalaşmasında özünü
göstərir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan da eyni zamanda Çin və digər şərq
ölkələrindən məhsullar idxal edir. Təkcə Çinin Azərbaycanla ticarət dövriyyəsi
bir milyard dollardan çoxdur. Xüsusilə bu ölkədən avtomobil, mebel, toxuculuq
və plastik mallar daha çox idxal edilir. Nəqliyyat xərclərinin artması Avropada
olduğu kimi Azərbaycan bazarına da təsir edə bilərmi?

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, tranzit marşrutları artıq dəyişib:

“Azərbaycan burada əsas marşrutların üzərində yerləşir. Bu isə Azərbaycanın
tranzit ölkə olaraq iqtisadi baxımdan strateji əhəmiyyətini birmənalı olaraq
artıracaq”.

Qeyd edək ki, yeni Şimal-Cənub dəhlizi Azərbaycandan keçməklə yüklərin
çatdırılma müddətini bir ay azaldır.

Ətraflı süjetdə:


Source link