0aa1940c-4492-462b-be7a-6588b1c413ed..jpg

Nəriman Abbasov: “Son məğlubiyyətdən sonra yatmıram, ancaq məşq edirəm”

Baxış sayı: 702 dəfə baxılıb.

Nəriman Abbasov: “Son məğlubiyyətdən sonra yatmıram, ancaq məşq edirəm”

“Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində
braziliyalı İsmael Bonfimə məğlubiyyətdən sonra heç yatmıram, ancaq məşq
edirəm”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın yüngül çəkidə MMA idmançısı
Nəriman Abbasov Qazaxıstandakı “Naiza Fighting Championship” turnirində yerli
Fanil Rafikovla keçirəcəyi döyüşdən öncə “Vestnik MMA” nəşrinə müsahibəsində
deyib.

29 yaşlı döyüşçü növbəti görüşünə ciddi hazırlaşdığını bildirib:

“Rafikov haqqında eşitmişəm. Həmçinin döyüşünü izləmişəm. “Naiza Fighting
Championship”in qalibi olub. Ona döyüşçü kimi hörmət edirəm”.

Çimkənt şəhərində anadan olduğunu xatırladan Abbasov Qazaxıstanı ikinci evi
adlandırıb:

“10 yaşım olanda Bakıya köçmüşük. Buradakı qohumlarım məni dəstəkləməyə
gələcəklər. İkinci evimdə necə çıxış edəcəyəm? İnanıram ki, zal dolu olacaq”.

Təcrübəli idmançı qazax dilini bildiyini söyləyib:

“Orada həmişə rusca danışırdılar. Amma qazax dilini bir az başa düşürəm.
Qazaxıstana gedəndə yaxınlarıma baş çəkirəm. Döyüşdən sonra qohumlarımın yanına
gedəcəyəm”.

Qeyd edək ki, Nəriman Abbasov və Fanil Rafikov arasında döyüş bu ilin martında
baş tutacaq.

Source link