20ea9c87-89c2-4274-890c-6eebd1457dbc..jpg

Nəriman Abbasovun Qazaxıstan idmançısı ilə döyüşünün vaxtı və yeri dəqiqləşdi

Baxış sayı: 786 dəfə baxılıb.

Nəriman Abbasovun Qazaxıstan idmançısı ilə döyüşünün vaxtı və yeri dəqiqləşdi

Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun “Naiza Fighting
Championship” turnirində qazaxıstanlı Fanil Rafikovla döyüşünün vaxtı və yeri
dəqiqləşib.

Qarşılaşma martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı “Jekpe Jek” idman
kompleksində keçiriləcək.

Qeyd edək ki, Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Dana
White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində
braziliyalı İsmael Bonfimə uduzub.

Mənbə: sports.ru

Source link