“Nərimanı çox istəyirəm, çünki o, əsl kişidir, Cavidan isə…” – Şəfəq Novruz
ailəsindəki qalmaqaldan danışdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qardaşım mənə ata əvəzi olmalıdır. Eləcə də mən ona. Mən qardaşlarımın şərəf
və ləyaqətinə toxunan heç nəyə imkan vermərəm. Onlara sosial şəbəkələrdə adi
bir şərh yazılanda belə, özümü irəli atıram, qardaşlarıma görə nələrə razıyam,
hazıram – bir Allah bilir. Amma bugünkü məsələ elə bir mövzudur ki, onu hamı
bilir. Cavidanın yalvarış səsləri yayılmamışdan öncə də, sonra da Cavidan hər
şeyin gerçəyini gözəl bilir”.
Bu sözləri Cixisyolu.com-a mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq
Novruzdeyib. O, qardaşı Cavidan Novruzla aralarında yaranan qalmaqala münasibət
bildirib.
Şəfəq Novruz digər qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə ilə
aralarında münaqişə olduğunu söyləyib:
“Cavidan Əzizənin haqsız olduğunu bilə-bilə ona yalvarıb, məsələni bağlamağını
istəyib. Bundan sonra Əzizə Cavidanın yalvarışlarla dolu səsini qeyd edərək,
yayıb, guya haqlı olduğunu deyib. Bunu mənə elə təqdim etdilər ki, guya Əzizə
məsumdur. Cavidanın gerçəkləri görə-görə, günahı olan bir insana yalvarışları
mənim izləyicilərimdə tamam başqa bir fikir yaratdı. Cavidan, sən elə hərəkət
edərdin ki, bir böyük kimi nə mənə, nə qarşı tərəfə yönələsən. Müdrik bir
şəkildə Əzizəyə deyə bilərdin ki, sakitləş, sənin böyük günahın var. Sən
sakitləş ki, Şəfəq də sakitləşsin. İndi Əzizə əlindən gələni edir ki, Şəfəq
xanım nəsə etsin, mənim gözümü nə iləsə qorxutmağa çalışır. Halbuki, vaxtilə
ona ana kimi olmuşam.
Atam həyatda olsaydı, Əzizəyə eynən belə deyərdi: Sənin günahın böyükdür, ona
görə sakitləş, səsini çıxarma, mən də Şəfəqi sakitləşdirəcəyəm. Cavidan isə
zəng edib, Əzizəyə yalvarır. Halbuki, qarşı tərəf “qurban olum, başına dönüm”
deməli idi, Cavidan yox. Onların nəslindən, ailəsindən bizə zəng edib, heç kim
yalvarmadı, üzr istəmədi. Biz isə üzümüz, alnımız açıq ola-ola, heç bir
günahımız olmadığı halda haqsız çıxarılırıq. Niyə?
İzləyicilər düşünürlər ki, qardaşım Cavidan zəng vurub, Əzizəyə yalvardıqdan
sonra Şəfəq xanım geri addım atdı. Halbuki, mənim çəkilməyimin səbəbini qarşı
tərəf də gözəl bilir. Biz Ramiz Novruzun adına ləkə gəlməsin, qardaşımın
övladlarına bu məsələ təsir etməsin deyə susmuşduq. Yenə də böyüklüyü mən
etdim. Amma qarşı tərəf bundan sonra mənə səsli mesaj göndərdi ki, qardaşın
yaxşı olsaydı, boşanmazdıq. Xeyr, mənim qardaşım çox gözəl insandır. Guya deyir
ki, əri laqeyddir, ona görə ayrılırlar. 15 il birlikdə yaşayıblar, dözüb, indi
ayrılır. Özü ayrılmaq istəyirdi, amma qol çəkmirdi. Mən səsli mesaj göndərdim
ki, ayrılmaq istəyirsə, getsin, qol çəksin, tezləşdirsin. Aldığım cavab ancaq
söyüşlər idi.
Nəriman çox sakit insandır, sosial adam deyil. O qədər məsum insandır ki,
olanlara hələ də inana bilmir. Hamını sakitləşdirməyə çalışır və əsl kişidir.
Ona görə mən Nərimanı lap çox istəyirəm. Qarşı tərəfin böyük günahını görə-görə
yenə də onun tərəfini tutur, amma mən buna rəğmən, öz qardaşımı alqışlayıram.
Hər bir halda Cavidanın hərəkətindən daha yaxşı davranışdır”.
Şəfəq Novruz qardaşı ilə barışmaq istəmədiyini, onu bağışlamayacağını da qeyd
edib:
“Mən Əzizənin hərəkətlərinə, söz-söhbətlərə bir il yarımdan çox dözmüşəm. Bu
müddətdə eşitdiklərimə əhəmiyyət verməmişəm. O mənə dedi ki, sən keçmişdə necə
olmusan, hamı bilir. Mən boşanmış qadın olmuşam, həyatımda sayılı adamlar
olmayıb. Həyatımda nə olsa, atam da bilib və mənə həmişə deyib ki, Şəfəqin
başına nə gəlirsə, hamısı məsumluğundandır. Atam bilirdi ki, mən həmişə ailəmin
olmasını istəmişəm.
İndi yazırlar, qardaş-bacının bir-birini düşmən elan etməyi üzücüdür. Qardaşın
günahıdır! O mənə ata olmalıydı, günahkar duruma salmamalı idi. Mən Nərimanın
həmişə yanındayam. Çünki o, məsum insandır. Cavidanın hərəkəti isə məni
hörmətdən salan addım idi. Canlı yayımda Əzizə Cavidanın ona yalvardığını dilə
gətirdi, özünə sərf edən şəkildə təqdim etdi. Heç birini bağışlaya bilmərəm”.
Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz
özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında “bundan sonra
düşmənimdir” şəklində paylaşım edib.
Cavidan Novruz isə atasının vəfatından sonra Şəfəq Novruzun psixoloji
gərginlik içərisində olduğunu, ailədaxili məsələləri ictimailəşdirdiyini
söyləyib.
Aysel Aslan