5efd64fd-6c1a-440e-9aea-cf7271578508..jpg

Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub – FOTO/VİDEO

Baxış sayı: 553 dəfə baxılıb.

Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik
vasitələrin daşınması və satışı ilə məşğul olmaqda şübhəli bilinən 1993-cü il
təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Cixisyolu.com-a bildirilib.

Vurğulanıb ki, onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan
beş kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə
dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Source link