Bakıda ana və azyaşlı övladlarının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Məmmədova Elmira Aslan qızını və onun övladları – 2015-ci il təvəllüdlü Məmmədov Əmir Dmitri oğlunu, 2014-cü il təvəllüdlü Məmmədova Emilya Dmitri qızını vurub.
Yaralılar təcili yardımın köməyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.