b3da5fd8-0b52-45a1-8225-f1c356459b12..jpg

“Nərmin işində” ifadə verməli olan ekspertlər məhkəməyə getməyiblər

Baxış sayı: 894 dəfə baxılıb.

“Nərmin işində” ifadə verməli olan ekspertlər məhkəməyə getməyiblər

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin
Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi
üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb.

“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən
məhkəmə iclası təxirə düşüb.

Buna səbəb, ifadə vermək üçün məhkəməyə dəvət olunan ekspertlərərin (ilk
olaraq 3 ekspert dəvət olunub) məhkəməyə getməməsi və həmçinin hakimin verdiyi
qərara əsasən məhkəməyə təqdim olunmalı olan maddi sübutların məhkəməyə təqdim
edilməməsi olub.

Növbəti məhkəmə iclası fevralın 8-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il
noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış
halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli
bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov
saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı
qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan
ittiham elan olunub.

Source link