852925e8-075a-43aa-bbec-76097bf7a8ca..jpg

Nəsibə Zeynalovadan danışan nəvəsi: “Son yeddi ayda ayaqlarında qanqren yarandı” – VİDEO

Baxış sayı: 515 dəfə baxılıb.

Nəsibə Zeynalovadan danışan nəvəsi: “Son yeddi ayda ayaqlarında qanqren
yarandı” – VİDEO

“Babam dünyasını dəyişəndən sonra 40-na qədər Nəsibə xanım insult keçirdi.
Sonra xəstəxanaya yerləşdirdik, bir az sağaldı. İkinci dəfə yenidən insult
oldu. Bu xəstəliklər onun səhhətini pisləşdirdi. Ölümündən bir il əvvəl isə
yaddaşını itirməyə başladı. Şəkər xəstəsi olduğu üçün son yeddi ayda
ayaqlarında qanqren yarandı. Biz fikirləşdik ki, bəlkə onu əməliyyat etdirək,
amma həkimlər dedilər ki, onun ürəyi tab gətirməz”.

Bu sözləri mərhum Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə xanım deyib.

“Astar” layihəsinə qonaq olan Nəsibə xanım nənəsinin son günlərində tamamilə
arıqladığını və xəstəliyinin onu əldən saldığını bildirib:

“Son günləri idi və mən onu görməyə gəldim. İnsan bir həftə ərzində bu qədərmi
dəyişər? Qupquru qurumuşdu. Sonuncu dəfə onun səhhəti ilə məşğul olan xanım var
idi. O, otağa girib, gəlib bizə dedi ki, Nəsibə xanım artıq həyatda yoxdur.
Həmin an divarda yaşıl saat var idi. Baxdım ki, əqrəbləri dayanıb”.


Source link