Nəsib Quliyev qadına görə intihar edib – SENSASİYALI İDDİA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib
Quliyevin özünü öldürməsinin
sensasiyalı məlumat daxil olub.
Axar.az-ın əldə etdiyi məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət
edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.
İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan
birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq – red.)
göstərib. Onun xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.
Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı
pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun
uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir.
Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı
ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə
çatdırma maddəsi ilə cinayət işi aparılır.