e5c0d66d-c49a-4e1c-8a61-7b43552bd070..jpg

Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar – FOTO/VİDEO

Baxış sayı: 297 dəfə baxılıb.

Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər
saxlanılıblar – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən
Fətullayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ondan “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd
patron aşkar olunaraq götürülüb. R.Fətullayev silahı satmaq niyyəti ilə özündə
saxladığını bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə
narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov,
1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəllüdlü Asif Yaqubəliyev
saxlanılıblar. Onlardan ümumilikdə dörd kiloqram heroin, metamfetamin və
marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Source link