Nəsrin Cavadzadə “La Casa De Papel”ə çəkilir

Nəsrin Cavadzadə “La Casa De Papel”ə çəkilir

Baxış sayı: 3. 023 dəfə baxılıb.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə cəbhəsindən dünyaca məşhur “La Casa De Papel” serialında rol alacağı ilə bağlı yayılan xəbərlərə münasibət gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, aktrisanın meneceri Selin Kök bu barədə açıqlama verərək yayılan xəbərlərin doğru olduğunu deyib:

“Çıxan bəzi xəbərlər doğrudur. Danışıqlar davam edir. İlk görüşdən sonra gələn rəylər müsbətdir. İkinci görüşümüz də olacaq. Nəsrin 4-5 dil bilir. Bu da onu fərqləndirən cəhətdir.

Canlandıracağı obrazla bağlı açıqlama verməyim düzgün deyil. Bildiyiniz kimi o, keçən il də İspaniya istehsalı olan “El Desentierro” adlı filmdə rol almışdı və seriala seçilməsinin əsas səbəbi də bu filmdəki performansıdır”.

Qeyd edək ki, Cavadzadənin serialda “İstanbul” obrazına həyat verəcəyi iddia olunur.

.
www.ÇıxışYolu.Com