Türkiyədə yaşayıb, orada aktrisalıq fəaliyyətini davam etdirən Azərbaycan əsilli Nəsrin Cavadzadənin dünyaca məşhur “Netflix” serialı “Le casa de papel”də rol alacağına dair xəbər yayılıb.
ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cavadzadənin “İstanbul” kod adlı türk qızı obrazını canlandıracağı bildirilir.
Serialın çəkilişlərinin bir həftə içində başlayacağı gözlənilir. Məlumata görə, Nəsrin layihə ilə bağlı bütün müqavilələrin imzalandığını və çəkilişlərin yaxın vaxtlarda başlayacağını söyləyib.
Daha sonra aktrisa yayılan məlumatlara “Yalan xəbər” şərhini yazıb.
Qeyd edək ki, bu barədə hələki rəsmi məlumat yoxdur.
Rəşad Əliyev