Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə həyatı barədə fikirləri ilə gündəmə gəlib.
ÇıxışYolu.Com-ın məlumatına görə, son vaxtlar filmlərdə oynadığı rollarla diqqət çəkən 36 yaşlı cazibədar aktrisa müsahibələrinin birində sevdiyi insandan yeddi uşaq dünyaya gətirmək istədiyini deyib.
Alixan adlı sevgilisi ilə il yarıma yaxındır birlikdə olan Nəsrin onunla evlənmək istədiyini dilə gətirib:
“İnsanlar məhəbbət məsələlərində bir az təmkinli və ümidsiz olurlar. Amma mən o insanlardan deyiləm. Sevdiyim insanla evlənib ondan yeddi uşaq dünyaya gətirmək istəyirəm”.
Qeyd edək ki, görkəmli uroloq-alim Mirməmməd Cavadzadənin nəvəsi olan N.Cavadzadə bir çox türk serial və filmlərində rol alıb. “Gözəl günlər görəcəyik” və “Quzu” filmlərində canlandırdığı obrazlar sayəsində aktrisa “Qızıl portağal” festivalı çərçivəsində “İkinci planda ən gözəl aktrisa” və “Ən gözəl qadın obrazı” nominasiyalarında iki dəfə qalib olub.
Rəşad Əliyev