66dc791d-aab9-461c-a1bf-8b64b1d8c708..jpg

Nəzakət Teymurova: “O torpaqda yenidən yeni həyat qurmaq lazımdır” – VİDEO

Baxış sayı: 494 dəfə baxılıb.

Nəzakət Teymurova: “O torpaqda yenidən yeni həyat qurmaq lazımdır” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər bir azərbaycanlıya çağırış edirəm. Gəlin, bir olaq, birgə olaq. Hamımız
dəstək olaq. O torpaqda yenidən yeni həyat qurmaq lazımdır. Və bu da bizim
çiynimizə düşür”.

Bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq
artisti Nəzakət Teymurova deyib.

Bir sənətkar olaraq doğma yurda qayıdıb, yaşayacağını bildirən Xalq artisti
orada Azərbaycan mədəniyyəti üçün əlindən gələni edəcəyini deyib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı
bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur
formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri
şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış
yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və
təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş
ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı
ilə video çarxlar hazırlanır.

Xalq artisti Nəzakət Teymurovun iştirakı ilə hazırlanmış növbəti video çarxı
təqdim edirik.


Source link