f3f063a6-9545-4e9e-9995-1a01d2b7eaa9..jpg

“N” saylı hərbi hissənin yaranması günü qeyd olunub – FOTO

Baxış sayı: 372 dəfə baxılıb.

“N” saylı hərbi hissənin yaranması günü qeyd olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin tədbirlər planına müvafiq olaraq “N” saylı hərbi hissənin
yaranmasının ikinci ildönümü günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər
Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.

Tədbirdə hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat
verilərək qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi
bütövlüyü uğrunda daim rəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya
qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin
onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden və medalları
ilə təltif olunub.

Mərasimdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti
ilə təbrik edərək vurğulayıblar ki, 2 il öncə onun bu günü komando hərbi
qulluqçuları ilə birlikdə qeyd etməsi, Azərbaycan Ordusunun şəxsi heyəti
arasında böyük ruh yüksəkliyinə səbəb olub və daima qürur hissi ilə xatırlanır.

Müdafiə nazirinin və Nazirliyin digər rəhbər heyətinin təbrikləri hərbi
hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi,
döyüş qabiliyyətinin artması qeyd edilərək, Ordumuzun daima ölkəmizin ərazi
bütövlüyünü qorumağa qadir olduğu vurğulanıb.

Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli
hədiyyələrlə təltif olunub.

Bayram tədbiri konsert proqramı və şəxsi heyətin tribuna önündən təntənəli
keçidi ilə başa çatıb.

Source link