Nadir Qafarzadə: “Ancaq yarım gün oruc tuta bilmişəm” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ancaq yarım gün oruc tuta bilmişəm. O da 30 il əvvəl. Oruc tutmaq üçün iradəm
yoxdur”.
Bu sözləri televiziyada yayımlanan verilişlərdən birində müğənni Nadir
Qafarzadə deyib.
Müğənni oruc tuta bilməməsindən danışıb.
“25-30 il bundan əvvəl idarələrin birində çalışırdım. Ramazan ayı idi və oruc
tutdum. Günorta hiss etdim ki, qarnımda nəfəsli musiqili orkestr çalır. Deyir
ki, yemək yeməlisən. O an həyat yoldaşım Sevinc xanıma zəng etdim. Söylədim ki,
ya savabdır, ya günahdır, amma mən yeyirəm. Evdə xanımım, oğlum, gəlinim oruc
tuturlar. Mən də onlara iftar verirəm.
Çalışın iftarınızı evinizdə açın. Onda evin ruzisi artır”.