18f6afdd-a2d4-426e-887a-0f6097f611e4..jpg

Nadir Qafarzadə: “Yalançı olmaqdan bezmişəm” – VİDEO

Baxış sayı: 555 dəfə baxılıb.

Nadir Qafarzadə: “Yalançı olmaqdan bezmişəm” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün aparıcılara səslənirəm, xüsusən də səhər verilişlərinin, hansı ki, saat
10:00-da başlayır, məni oraya dəvət etməyin. Oyana bilmirəm”.

Bu sözləri müğənni Nadir Qafarzadə sosial media hesabında yayımladığı
videomüraciətdə deyib. O, aparıcılardan onu səhər saatlarına olan proqramlara
çağırmamağı xahiş edib.

“Bütün əsəblərim gedir. Səhər 6-dan oyanmalı, bütün işlərimi görməliyəm.
Bir-bir kiməsə zəng edib deməyim. O veriliş mənə lazım deyil demirəm, sadəcə
mənə çətindir. Səhər verilişlərini istəmirəm. Əsəbim, vaxtım, enerjim gedir.
Səhər yatmaq istəyirəm. Ən gözəl vaxtdır səhər 8-10-da yatmaq. İşlərim axşam
olur deyə, evə gec gəlirəm, gəlirik. Ona görə, məni səhər verilişlərinə dəvət
etməyin, xahiş edirəm.

Artıq yalançı olmaqdan bezmişəm. Nə qədər bəhanə gətirmək olar, nənəm-babam
öldü, hansı ki, 100 il əvvəl rəhmətə gediblər. Nə bilim, it-pişiyimiz öldü, ya
kimsə. Şəxsən öz payıma deyirəm, məni dəvət etməyin”, – deyə Nadir vurğulayıb.


Source link