a2c5d6b9-03db-4f5f-b958-93ce3754648e.webp

Nadir Qafarzadənin evini su basdı

Baxış sayı: 24 dəfə baxılıb.

Bakıda yağan aramsız yağışlar səbəbindən müğənni Nadir Qafarzadənin mərkəzdə
yaşadığı evini su basıb.

Cixisyolu.com xəbər verir ki, hadisə ilə bağlı müğənni “Instagram” hesabında paylaşım
edib.

Nadir evində təmir aparan ustaların işini tənqid edib:

“Budur, yağışın bizə xeyri. Bu da bizim ustalarımızın etdiyi təmir. Söymürəm,
heç nə demirəm. Sağ olsunlar, evə vedrə qoymuşam. Belə şey yoxdur. Biz bina
evində yaşayırıq. Kənd evinə şükür. Yağışımız da özümüz kimidir. Axı bu yağış
bina evinə niyə damsın? Ustalardır da. Sizə nə deyim? Evdə əski qalmayıb,
hamısını yığmışam pəncərəyə”.

Nadir Qafarzadənin evini su basdı
Nadir Qafarzadənin evini su basdı

Source link