258d5ef4-728c-4152-9f0f-2469e00ae8ad..jpg

Nagelsmann niyə istefaya göndərildi?

Baxış sayı: 923 dəfə baxılıb.

Nagelsmann niyə istefaya göndərildi?

“Bayern”in prezidenti Herbert Hayner baş məşqçi Yulian Nagelsmannın istefaya
göndərilməsini və Tomas Tuxelin təyinatını izah edib.

“Bəli, mən bir müddət əvvəl Yulian Nagelsmannı tam dəstəkləyir və onunla
uzunmüddətli layihə haqqında danışırdım. Mən ümid edirdim ki, bu layihə həyata
keçirilə bilər.

Nagelsman əla məşqçidir, amma nəticə hər şeydən üstündür. “Bayer”lə oyun (1:2)
məni düşündürdü. Təbii ki, uzun müddət Kan və Salihamidziçlə məsləhətləşdim.
Nəticədə belə qənaətə gəldik ki, mövsümlə bağlı planlarımızı yerinə yetirmək
üçün reaksiya vermək lazımdır. Tanrıya şükürlər olsun ki, bizim hələ də hər üç
turnirdə qalib gəlmək şansımız var”, – deyə Hayner bildirib.

O, Tuxelin təyinatını da şərh edib.

“Tuxelin təyin edilməsi şübhəsiz ki, düzgün qərardır. Uzun illər əvvəl bunu
etmək istəyirdik, amma alınmadı. Son illərdə o, Avropanın böyük klublarında
inanılmaz uğurlar qazana biləcəyini sübut edib. Tuxel Avropanın ən istedadlı
məşqçilərindən biridir”, – deyə “Bayern”in prezidenti qeyd edib.

Mənbə: championat.com

Source link