c6b83c12-29bd-4dfd-a4ac-66dbde2f7868..jpg

Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb – FOTO

Baxış sayı: 558 dəfə baxılıb.

Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb – FOTO

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb.

Axsam.az-ın əldə etdiyi məlumata görə, aktrisa uzun müddətdir müalicə alır.
Allahverdiyeva bu yaxınlarda müayinə üçün Türkiyəyə yollanıb.

Məsələ ilə bağlı açıqlama verən aktrisa durumunun yaxşı olmadığını deyib:

“Ağrılardan bezmişəm. Əsəblərim korlanıb. Hər gün ağrıkəsici ilə yaşamaq
çətindir. 10 il əvvəl yıxılmışdım və ayağım zədələnmişdi. Üstünə gec düşdüm,
burada isə həkimlər yalandan müalicə edib. O vaxtdan diz qapağımda ağrı var.
Gördüm ki, dərman atmaqdan mədəmdə xəstəlik əmələ gəlib. Bu yaxınlarda
Türkiyəyə müayinəyə getdim. Həkim dedi ki, bu dərmanları yalandan niyə atırsan?
Bunun sənə heç bir xeyri yoxdur, əksinə ziyandır. Dedilər ki, problem bud
hissədə olsaydı, əməliyyatla aradan qaldıra bilərdik. Dizdə olduğu üçün mümkün
deyil. Tək çarəsi ayağım dondurulmalıdır. Bu isə əlillik deməkdir. Buna heç
vaxt razılaşmaram. İndi çarə axtarıram. Gəldim Bakıya, yenə həkimə getdim və
dərmanlar yazdılar. Ağrıkəsicilərlə yaşayıram, əsəblərim pozulub. Bütün
çarələrə əl atdım, amma düzəlmir”.

Source link