dc2c1820-3ce7-402a-81a7-316d95750480..jpg

Nalayiq ifadə işlətməsi baha başa gəldi: Cəzalandırıldı

Baxış sayı: 533 dəfə baxılıb.

Nalayiq ifadə işlətməsi baha başa gəldi: Cəzalandırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi ilə kobud danışan şəxs
cəzalandırılıb.

Cixisyolu.com məhkəmə istintaqına əsasən, hadisənin təfərrüatını öyrənib.

Masallı rayon Həsənli kəndində yerləşən marketin qarşısındakı bankomatdan pul
çıxarmaq istəyən şəxs bankomatın işləməməsini biləndən sonra hirslənib.

Həmin vaxt o bankomatın qəsdən xarab olunmasını güman edib və market sahibi
ilə arasında anlaşılmazlıq olub.

Daha sonra o, DİN-nin “102” xidmətinə zəng edərək bankomatdan pul çıxara
bilməməsi ilə əlaqədar öz narazılığını bildirib.

O, şikayəti ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinə çağırılıb.

Şəxs Masallı Rayon Polis Şöbəsinə gəldikdən sonra İstintaq bölməsinin rəisi
olan polis mayorunun xidməti otağına göndərilib.

Şəxs polis mayorunun otağına daxil olan zaman səbəbsiz yerə ona qarşı
təhqiramiz ifadələr işlədib.

Polis mayoru məhkəməyə ifadəsində deyib ki, şikayətçini dinləyən zaman o,
verilən suallara kobud şəkildə cavab verib.

“Şikayətçi davamlı şəkildə səs-küy salmağa, mənim ünvanına nalayiq ifadələr
işlətməyə başladı. Bu zaman səs-küyə toplaşmış digər polis əməkdaşları
yaxınlaşıb özlərini təqdim etdilər. Dəfələrlə onu nizam-intizama, xidməti iş
fəaliyyətini pozmamağa dəvət etdilər. Ona etdiyi əməlin inzibati xəta olduğunu
bildirsələr də, şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz
hərəkətlərini davam etdirdi”, – deyə polis mayoru ifadəsində bildirib.

Bununla belə təqsirləndirilən şəxs digər polis əməkdaşlarına nalayiq ifadələr
işlətmədiyini deyib.

Masallı Rayon Məhkəməsi inzibati xətanı törətməkdə ittiham edilən şəxslə bağlı
qərar verib.

Qərara əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis
işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra
edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) 8 gün müddətində
inzibati qaydada həbs edilib.

Aqil Vəlili

Source link