5fb40c8d-ebbe-415c-ae2f-8f10a4ce3efe.jpg

Naməlum şəxslər əzizini itirənlərin qapısını döydülər: “Qoyun kəsməsək, nəvələrin də öləcəklər”

Baxış sayı: 254 dəfə baxılıb.

Abşeron rayonunun Xırdalan şəhərində vətəndaşın durumundan istifadə edən
fırıldaqçılar ona 1 500 manat dəyərində ziyan vurublar.

Cixisyolu.com xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Məsələ ilə bağlı Cixisyolu.com-a danışan vətəndaş qeyd edib ki, hadisə sentyabrın
27-də Xırdalanda, Səfiqə Əfəndizadə, ev 29 ünvanında baş verib.

Naməlum şəxslər əzizini itirənlərin qapısını döydülər:
“Qoyun kəsməsək, nəvələrin də öləcəklər”
Naməlum şəxslər əzizini itirənlərin qapısını döydülər: “Qoyun kəsməsək,
nəvələrin də öləcəklər”

Vətəndaş bildirir ki, həmin gün iki tanımadığı şəxs (biri kişi, digəri qadın)
onlara gəlib və ev sahiblərini aldadaraq ailəyə ümumilikdə 1 500 AZN dəyərində
ziyan vurub.

“Bacımın yoldaşı 38 yaşında xərçəng xəstəliyindən həyatını itirib. Bu
hadisədən on gün sonra həmin bu naməlum şəxslər gəlib bacımın qayınanasına
deyiblər ki, pul verməlisən, mən gedib qurban alıb kəsim, yoxsa nəvələrin də
öləcəklər. Qadının hazırkı vəziyyətindən istifadə edərək ondan 500 manat
alıblar. Daha sonra qayınana otaqdan çıxıb, bundan istifadə edərək bacıma
deyiblər ki, sən də qızıl verməlisən, yoxsa uşaqların öləcəklər. Bacımdan da
qızıl alıb çıxıb gediblər. Ümumilikdə ailəyə 1 500 manat dəyərində ziyan
vurublar.

Həmin gün, yəni sentyabrın 27-də polisə şikayət edilib. Hadisədən 12 gün
keçməsinə baxmayaraq, bu iki adamdan hələ ki heç bir xəbər yoxdur”, – deyə
vətəndaş bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki,
məsələ araşdırılır.

Əzizə İsmayılova

Source link