898e548b-cf6b-49ff-b72e-64344142d9dd..jpg

Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi və yoxa çıxdı

Baxış sayı: 3. 415 dəfə baxılıb.

Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi və yoxa
çıxdı

Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə
edib. Sonra isə yoxa çıxıb.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində paylaşım
edib.

Zəlzələdən sonra Türkiyəyə xilasetmə qruplarını sövq edən Pakistan yük
maşınları və təyyarələr vasitəsilə də humanitar yardımlar göndərməyə davam edir.

Son olaraq isə adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı
səfirliyinə gələrək zəlzələ qurbanları üçün 30 milyon dollar bağışlayıb, sonra
isə səssizcə səfirliyi tərk edərək yoxa çıxıb.

Baş nazir bu davranışın onun qəlbinə toxunduğunu bildirib. “Adı açıqlanmayan
bir pakistanlı Türkiyənin ABŞ-dakı səfirliyinə gələrək Türkiyə və Suriyada
zəlzələdən zərər çəkənlərə 30 milyon dollar bağışlayıb. Bu məni çox
təsirləndirdi. Bu, bəşəriyyətin aşılmaz kimi görünən çətinliklərini dəf etməyə
imkan verən şərəfli xeyriyyəçilik nümunəsidir”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

Source link