“120-yə yaxın ölkəyə səyahət etmişəm, amma dövlətlə Milli Olimpiya Komitəsi
arasında sıx əlaqələrin olmasını ilk dəfə Azərbaycanda gördüm”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri Namibiyanın Milli Olimpiya Komitəsinin sədri
Abner Axel Xoaqub ilk dəfə işğaldan azad olunmuş Füzuli şəhərində təşkil edilən
“Mingəçevir Reqatası-2024” beynəlxalq reqatası barədə jurnalistlərə
açıqlamasında deyib.
“İndiyədək 120-yə yaxın ölkədə olmuşam, amma Azərbaycan Milli Olimpiya
Komitəsi ilə Dövlət arasında bu qədər sıx əlaqənin heç bir yerdə şahidi
olmamışam. Buna görə hər iki tərəfə təşəkkür edirəm. Hər şey idealdır.
Azərbaycandan Afrika ölkələrinə ötürmək istədiyim əsas mesaj sülh və
əmin-amanlıqdır. İdman insanları birgə əməkdaşlığa dəvət edən sahədir. Biz ölkə
olaraq həm mədəniyyət, həm də inkişaf baxımından Azərbaycandan çox şey
öyrənməliyik”.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə oktyabrın 18-də
yekun vurulacaq.
Anar Həsənov