Namiq Əliyev Güləş Federasiyasının I vitse-prezidenti təyin olunub

Namiq Əliyev Güləş Federasiyasının I vitse-prezidenti təyin olunub

Baxış sayı: 2. 985 dəfə baxılıb.

Namiq Əliyev yenidən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinə təyin olunub.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının seçki konfransında nazir Azad Rəhimov bildirib.

A.Rəhimov Namiq Əliyevin yenidən güləş federasiyasına dəvət olunduğunu və I vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb.

Bununla yanaşı, o, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti (o, əvvəl I vitse-prezident idi – S.T.) postunda çalışacağını əlavə edib.

Qeyd edək ki, Namiq Əliyev federasiyanın hazırkı prezidenti Fazil Məmmədovun qudası olub. Ötən ilin sonlarında Əliyev Məmmədovun əmri ilə federasiyada vitse-prezident postundan çıxarılmışdı.

Bununla belə, sabiq Vergilər Nazirliyində müavin vəzifəsində işləmiş Namiq Əliyev Dünya Güləş Birliyinin (DGB) İcraiyyə Komitəsinin üzvlərindən biri kimi qalırdı.

S.T.
www.ÇıxışYolu.Com