0c4a6c63-b8d0-4a57-bdb7-fdfdea7fc18c..jpg

Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”

Baxış sayı: 456 dəfə baxılıb.

Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb.

Olay.az bildirir ki, bu barədə sənətçi “Zaurla Günaydın” verilişində açıqlama
verib:

“Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla
maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobilim
var idi, pul yığıb ondan aldı. Sonrakı maşınımdan da aldı. Yenə maşını
dəyişmişəm, artıq çata bilmir. İndi maraqlanmır. Mənim gözümdə elə şeylər
yoxdur. Sadəcə görürəm dəbdir. Hamı alır, mən də alıram. İçində əyləşəndə
bahalı maşında olduğumu hiss etmirəm. İstənilən ayrılığı çətin keçirirəm.
Dostdan da ayrılanda çətin keçirirəm. Hətta evi dəyişəndə, çarpayını dəyişəndə
belə, bunu çətin keçirirəm”.

Source link