Namiq Qaraçuxurlu: “Nə maşın sürürəm, gedib eynisini alır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb.
Olay.az bildirir ki, bu barədə sənətçi “Zaurla Günaydın” verilişində açıqlama
verib:
“Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla
maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobilim
var idi, pul yığıb ondan aldı. Sonrakı maşınımdan da aldı. Yenə maşını
dəyişmişəm, artıq çata bilmir. İndi maraqlanmır. Mənim gözümdə elə şeylər
yoxdur. Sadəcə görürəm dəbdir. Hamı alır, mən də alıram. İçində əyləşəndə
bahalı maşında olduğumu hiss etmirəm. İstənilən ayrılığı çətin yaşayıram.
Dostdan da ayrılanda çətin yaşayıram. Hətta evi dəyişəndə, çarpayını dəyişəndə
çətin yaşayıram”.